881 min nəfər sosial müavinət və təqaüd alıb

2026-cı ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alan şəxslərin sayı açıqlanıb. Dövlət Sosial Müdafiə Fondundan "Unikal"a verilən məlumata görə, hesabat ayında ümumilikdə 881 295 nəfər aylıq sosial ödənişlərdən yararlanıb. Bildirilib ki, onların 476 224 nəfəri sosial müavinət, 405 071 nəfəri isə təqaüd alan şəxslər olub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)