Zinəddin Zidanın yeni iş yeri bəlli oldu
Fransa millisində baş məşqçi dəyişikliyi ilə bağlı mühüm qərar verilib. Milli.Az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Zinəddin Zidan 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra komandanın sükanı arxasına keçəcək. Bildirilir ki, hazırkı baş məşqçi Didye Deşam mundialın ardından vəzifəsini tərk edəcək və onun yerinə məhz Zidan təyin olunacaq. Fransa yığması dünya çempionatının yarımfinal mərhələsində İspaniyaya 0:2 hesabı ilə məğlub olaraq finala yüksəlmək şansını itirib. Komanda turniri üçüncü yer uğrunda qarşılaşma ilə başa vuracaq. Qeyd edək ki, Zinəddin Zidan sonuncu dəfə İspaniyanın "Real" klubuna rəhbərlik edib. O, Madrid təmsilçisini 2016-2018 və 2019-2021-ci illərdə çalışdırıb. Fransız mütəxəssisin rəhbərliyi altında "Real" üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, klub onun rəhbərliyi ilə iki dəfə İspaniya çempionluğu və iki dəfə İspaniya Superkubokunu qazanıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin