46 yaşlı kişini maşın vurub öldürdü

Oğuz rayonunda piyadanı avtomobil vuraraq öldürüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, rayonun Baş Daşağıl kənd sakini 1979-cu il təvəllüdlü Sadəddin Tahir oğlu Abdulhəmidov yolu keçmək istəyərkən onu avtomobil vurub. 46 yaşlı S. Abdulhəmidov hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Mübariz Muradov