İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
Prezident İlham Əliyev Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub. Dəyişikliyə əsasən, ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti 10 gün artırılıb. Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı məlumata və ya şifahi məlumatın qəbul edilməsi barədə protokola dərkənar qoymaqla məlumatın daxil olduğu vaxtdan 48 saatdan (hazırda 24 saat) gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılacaq. Bundan başqa, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin