Binəqədidə istehsalat sexinin fəaliyyəti dayandırıldı
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən istehsalat sexinin fəaliyyəti məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında fəaliyyət göstərən obyektdə yoxlama keçirilib. Yoxlama zamanı sexdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı bir sıra pozuntular aşkarlanıb. Aşkar edilən nöqsanlarla əlaqədar istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Qərarın surəti obyektin nümayəndəsinə təqdim olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin