Qubada 5 aylıq hamilə qadın xəstəxanada antibiotikdən sonra öldü

Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının ölümü ilə bağlı hadisə qeydə alınıb. Milli.Az apa -ya istinadən xəbər verir ki, rayonun İqrığ kənd sakini, 2003-cü il təvəllüdlü S. Əmrahova 5 aylıq hamilə olub. Bildirilib ki, ona antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil pisləşib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)