13 yaşlı oğlan qıcolmadan öldü — Yenilənib

Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, rayonun Dəllər qəsəbə sakini 2013-cü il təvəllüdlü Y. Məmmədovun səhhəti hamamda pisləşib və qıcolma baş verib. Nəticədə o, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanılıb. *** TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 16:50 radələrində 2013-cü il təvəllüdlü (kişi) azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib . Ölüm faktı qeydə alınan azyaşlının meyidi ailəsinə təhvil verilib. Yunis Quliyev