Onlar “Neftçi”yə rəqib oldular

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci mərhələsində rəqibi müəyyənləşib. “Qafqazinfo” verir ki, “ağ-qaralar” Belarus təmsilçisi “Dinamo” ilə (Belarus) qarşılaşacaq. Minsk komandası ilk matçda uduzduğu (0:1) “Sileks”ə (Şimali Makedoniya) cavab matçında səfərdə qalib gəlib – 1:0, penaltilər seriyasında 6:5. “Neftçi” ilk matçını iyulun 22-də Bakıda keçirəcək.