Xankəndidə tikililərdə yanğın olub

Xankəndi şəhərində tikilidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. FHN-dən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə şəhər ərazisində yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun geniş əraziyə yayılmasının qarşısını alaraq yanğını söndürüblər. Yanğın nəticəsində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli tikilinin, bitişik yerləşən hər birinin sahəsi 250 kvadratmetr olan iki birmərtəbəli tikilinin, eləcə də ümumi sahəsi 200 kvadratmetr olan daha bir birmərtəbəli tikilinin yanar konstruksiyaları yanıb. Ətrafdakı digər tikililər yanğından mühafizə olunub. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)