Azərbaycanda 46 yaşlı qadın 55 dəfə "abort" etdirdi - (Video)
Sosial şəbəkələrdə ginekoloq həkimin paylaşdığı məlumat geniş müzakirələrə səbəb olub. Milli.Az xəbər verir ki, həkimin sözlərinə görə, qanaxma şikayəti ilə müayinəyə müraciət edən 46 yaşlı qadının tibbi tarixçəsi araşdırılarkən onun indiyədək 55 dəfə abort etdirdiyi məlum olub. Mütəxəssis bu faktı peşə fəaliyyəti zamanı qarşılaşdığı diqqətçəkən hallardan biri kimi təqdim edib. Onun paylaşımı qısa zamanda sosial şəbəkələrdə yayılaraq müxtəlif reaksiyalar doğurub. İzləyicilərin bir qismi bu məlumatı təəccüblə qarşılayıb, digərləri isə qadın sağlamlığı və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmənin vacibliyini vurğulayıblar. Həkimin açıqladığı bu hadisə sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin