Xaçmaz heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
Yaxın vaxtlarda Xaçmazda yenilənmiş heyvan bazarı istifadəyə veriləcək. Milli.Az xəbər verir ki, bunu AQTA-nın sədr müavini Əli Nəbiyev deyib. 2026-cı ilin ilk altı ayı ərzində əsaslı təmirdən sonra 11 heyvan bazarı yenidən fəaliyyətə başlayıb. Bununla ölkə üzrə işlək heyvan bazarlarının sayı 14-ə yüksəlib. Xaçmaz bazarının da açılması ilə bu rəqəm 15 olacaq. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin