Millimiz yoldaşlıq görüşü keçirəcək
Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək. “Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, A milli sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq. Qeyd edək ki, A milli UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

Şərh verin