Flora Kərimovanın son durumu açıqlandı
Xalq artisti Flora Kərimova yaxşıdır, evindədir. Milli.Az xəbər verir ki, bu barədə Kult.az -a açıqlamasında sənətkarın köməkçisi Əli Davud deyib. "Hər şey qaydasındadır. Həmişəki kimi müalicəsini davam etdirir. Müayinə üçün xəstəxanaya gedib-gəlir. Səhhəti nəzarət altındadır", - o bildirib. Qeyd edək ki, dünən səhər saatlarında xalq artistinin səhhəti pisləşib və müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin