"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Milli.Az xəbər verir ki, bölgə təmsilçisi İranın 21 yaşlılardan ibarət yığma komandası ilə üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Turan Tovuz"un yeganə qoluna Sadiq Şəfiyev imza atıb. Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində komandanın 4 yoxlama görüşünə çıxması nəzərdə tutulub. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin