Qaradağda zəncirvari qəza — Tıxac yarandı

Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində yolda böyük tıxac yaranıb. İlkin məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb. Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Qəzanın başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.