99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi — Açıqlama-Yenilənib

Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib. “Qafqazinfo”nun məlumatına görə, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Ö.Eldarov hazırda orada müalicə alır. *** Ömər Eldarovun köməkçisi saytımıza bildirib ki, yaşı ilə bağlı və hava şəraitinin istiləşməsi onun səhhətinə pis təsir edib. Heykəltəraş müayinələrdən keçdikdən sonra evə buraxılıb. *** AMEA-sosial şəbəkə hesabında Ömər Eldarovla bağlı paylaşım edib. Qeyd olunub ki, akademik İsa Həbibbəyli Ömər Eldarovun səhhəti ilə maraqlanıb, ona şəfa diləyib. Sail Ağasəlim