Naxçıvanda ağır qəza: Xəsarət alanlar var (Video)

Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, qəza iki "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində olub. İlkin məlumata görə, Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfov xəsarət alıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qəzanın başvermə səbəbi və ölən şəxsin kimliyi ilə bağlı araşdırma aparılır. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)