Göygöldə evdən kişi meyiti tapıldı
Göygöldə evdə kişi meyiti aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini, 1969-cu il təvəllüdlü İlqar Bayramovun cansız bədənini yaxınları tapıblar. İlkin ehtimala görə, 57 yaşlı kişinin səhhətində ciddi problem olub. Faktla bağlı Göygöl rayon Porkurorluğunda araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin