Ukrayna ilk dəfə Krımda Rusiyanın amfibiya təyyarələrini vurub — Video

Ukrayna kəşfiyyatı ilk dəfə olaraq Rusiya ordusuna məxsus iki Be-12 “Çayka” amfibiya təyyarəsini vurub. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş Kəşfiyyat İdarəsi yayıb. Bildirilib ki, idarənin xüsusi bölmələri həmin amfibiya təyyarələri, eləcə də “Mi-8” helikopterini Krımda pilotsuz uçuş aparatları ilə zərərsizləşdiriblər.