Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)
Müğənni Qumral sosial şəbəkədə paylaşdığı yeni görüntüləri ilə izləyicilərin diqqətini üzərinə çəkib. Milli.Az xəbər verir ki, sənətçi yay istirahətindən olan fotolarını və videolarını izləyiciləri ilə bölüşüb. Onun istirahət zamanı seçdiyi obraz və yay üslubu qısa zamanda sosial şəbəkələrdə maraq doğurub. Qumralın paylaşımı minlərlə baxış toplayarkən, izləyicilər ifaçının görünüşü və geyim tərzi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bəziləri onun yay görünüşünü bəyənsə də, digərləri paylaşımı müzakirə mövzusuna çeviriblər. Müğənninin istirahət kadrları sosial mediada geniş yayılaraq gündəmdə yer alıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin