“Qarabağ”ın biletləri bu gün satışa çıxarılır

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” -“CSKA Sofia” qarşılaşmasının biletləri  bu gün satışa çıxarılacaq. “Qafqazinfo” klubun məlumatına istinadən xəbər verir ki, saat 15:00-dan etibarən biletlərin satışı aktivləşəcək. Qeyd edək ki, oyun 23 iyul Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.