İtkin düşən 8 nəfərlə bağlı yeni xəbər var

İtkin düşən 8 nəfər tapılıb. Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)