DÇ-2026-da III yer uğrunda mübarizə — Fransa, yoxsa İngiltərə?

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gələcək. Qarşılaşma iyulun 19-na keçən gecə ABŞ-nin Mayami şəhərində yerləşən “Mayami Stadium”da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 01:00-da start götürəcək. Xatırladaq ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirib. İngiltərə isə Argentina ilə görüşdə məğlub olub. Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.