Polis əməliyyatlar keçirdi: 50 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin