Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərləndi, 21-i uşaqdır
Rusiyanın Stavropol diyarındakı istirahət mərkəzində 80 nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya müraciət edib. Milli.Az APA -ya istinadən bildirir ki, Rusiya mediasının xəbərinə görə, zəhərlənənlər arasında 21 uşaq da var. İlkin ehtimala görə, zəhərlənməyə hazır yeməklərdə aşkarlanan salmonella səbəb olub. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin