Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq öldü

Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb. Milli.Az xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb. Belə ki, uşaq Tərtər rayonundan ağır vəziyyətdə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, J. T-nin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)