Göygöldə 4 kəndi birləşdirən körpü qəzalı vəziyyətə düşdü — Fotolar
Göygöldə strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb. “Qafqazinfo”nun məlumatına görə, buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar səbəb olub. Körpü Göygöl rayonunda ümumi 5 min nəfər əhalini birləşdirir. Belə ki, körpü Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun üzərindədir. Həmçinin Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini birləşdirir. Qeyd edək ki, körpü 1960-cı illərdə inşa olunub. Yunis Quliyev

Şərh verin