İranda güclü zəlzələ oldu

İranın Xuzistan vilayətində 5 bal gücündə zəlzələ olub. Milli.Az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Salend rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilməyib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)