Rusiya ordusu Xarkovu vurdu — 4 ölü, 20 yaralı var

Rusiya ordusu Xarkov şəhəri yaxınlığında yerləşən “Novoy Poçtı” poçt terminalına raket zərbəsi endirib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər ölüb. Məlumata görə, 20 nəfər yaralanıb və yaralılardan üçünün vəziyyəti ağırdır. Hadisə yerində xilasedicilər və polis axtarış-xilasetmə işlərini davam etdirir. “Novoy Poçtı” şirkəti bildirib ki, terminal gün ərzində üç dəfə vurulub. Hücum zamanı şirkətin iki əməkdaşı və tərəfdaş şirkətin bir sürücüsü həlak olub.