İsmayıllıda daha bir qəza - Xəsarət alan var

İsmayıllıda avtomobil qəzası baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov İlham Rəsul oğlu ağır dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)