İranda ard-arda iki güclü zəlzələ oldu

İranın Kirmanşah əyalətinin Kozran bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib. Milli.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, ilk zəlzələdən 5 dəqiqə sonra eyni ərazidə 5,7 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb. Dağıntı və itki barəsində heç bir məlumat yoxdur. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)