Tennis Akademiyasında ölüm

Bakı Tennis Akademiyasında ölüm hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 17-si saat 21 radələrində qeydə alınıb. Belə ki, Akademiyada Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rəşad Ariz oğlu Məmmədovun halı qəfil pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır.