Məzuniyyətdə hansı kitabı oxuduğunu açıqladı
Hazırda məzuniyyətdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan vaxtını necə keçirməsi ilə bağlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, instaqram hesabında post paylaşan N.Paşinyan hazırda Aleksandr Puşkinin “Yevgeni Onegin” romanını oxuduğunu bildirib. “Aleksandr Puşkinin “Yevgeni Onegin” mənzum romanını bitirdim. Bəs siz nə oxuyursunuz?", - deyə siyasətçi izləyicilərinə müraciət edib. O, həmçinin bununla bağlı video da paylaşıb və izləyicilərinə SSRİ-də 1967-1977-ci illərdə rus dilində nəşr olunmuş “Dünya ədəbiyyatı kitabxanası” seriyasından olan bir cildi nümayiş etdirib. Qeyd edək ki, N.Paşinyan iyulun 10-dan 29-nadək məzuniyyətdədir.

Şərh verin