Cəlilabadın 14 yaşayış məntəqəsində qaz kəsiləcək
Cəlilabad rayonunun bir sıra yaşayış məntəqələrində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq. Milli.Az xəbər verir ki, iyulun 21-i saat 10:00-dan etibarən aparılacaq işlərlə əlaqədar qaz təchizatı dayandırılacaq. Məlumata görə, işlər başa çatanadək rayon üzrə ümumilikdə 8 088 abonent qazsız qalacaq. Fasilə Göytəpə şəhərini, eləcə də Kazımabad, Bəcirəvan, Şıxlar, Ağdaş, Privolnoye, Həziabad, Çünzəli, Hamarqışlaq, Komanlı, Xəlilabad, Soyuqbulaq, Hacıcavadlı və Allahverənli kəndlərini əhatə edəcək. Qazpaylayıcı qurum abonentlərə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin