“Sabah” Çempionlar Liqasında uduzsa, bu rəqiblərlə qarşılaşa bilər

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılır. “Qafqazinfo” xəbər verir ki, püşkdə Çempionlar Liqasının 2-ci mərhələsinin "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubunun da Avropa Liqasındakı potensial rəqibi bəlli olub. Cütün məğlubu “Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək. AL-də üçüncü mərhələnin ilk matçları avqustun  6-da, cavab görüşləri avqustun 13-nə təyin olunub.