“Qarabağ” Kiyev “Dinamo”su ilə qarşılaşa bilər
“Qarabağ”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub. “Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının 2-ci təsnifat mərhələsində SSKA-ya uduzarsa, 3-cü raundda “Dinamo” (Kiyev) – PAOK cütünün qalibi ilə üz-üzə gələcək. Xatırladaq ki, UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.

Şərh verin