3 yaşlı qız atasının idarə etdiyi aqreqatın altında qalıb öldü

Zərdab rayonunda azyaşlı bədbəxt hadisə zamanı həyatını itirib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, kənd sakini 2023-cü il təvəllüdlü Kərimli Əsma Yaqub qızı atası Kərimli Yaqub Bəsər oğlunun idarə etdiyi otbağlayan aqreqatın təkəri altında qalıb. Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ziya Əmirxanlı