Pirallahıda avtobus piyadanı vuraraq öldürdü

Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə Pirallahı qəsəbəsində, "Abşeronneft" NQÇİ-nin ərazisində qeydə alınıb. Məlumata görə, 1965-ci il təvəllüdlü İlqar Bağır oğlu Şabanovun idarə etdiyi "Isuzu" markalı avtobus geriyə hərəkət edərkən piyadanı vurub. Nəticədə 1969-cu il təvəllüdlü Pirallahı rayon sakini Teyyub Ənvər oğlu Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)