Messi məğlubiyyətdən sonra ilk dəfə danışdı: "Asan olmayacaq”
Futbol üzrə 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olan Argentina millisinin kapitanı Lionel Messi sosial şəbəkə hesabında azarkeşlərə emosional müraciət edib. Milli.Az xəbər verir ki, əfsanəvi futbolçu paylaşımında turnir ərzində komandaya dəstək göstərən hər kəsə təşəkkürünü bildirərək finaldakı məğlubiyyətin onda dərin iz buraxdığını etiraf edib: "Ağrı çox güclüdür və bu yaranı sağaltmaq mənə asan olmayacaq. Amma bununla yanaşı, turnirdə yaşadığımız gözəl anları da unutmayacağam. Meydanda bütün gücümüzü ortaya qoyduğumuz, inanılmaz geri dönüşlər etdiyimiz oyunlar yaddaşımdan silinməyəcək. Bütün ölkənin dəstəyi, eləcə də komandamızın əməyi və fədakarlığı bizi yenidən dünyanın ən güclü millilərindən birinə çevirdi", - deyə Lionel Messi qeyd edib. Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın finalında İspaniya millisi Argentinanı əlavə vaxtda vurduğu qolla 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Qeyd edək ki, finaldan sonra Lionel Messinin yaşadığı məyusluq da geniş müzakirə olunub. Xarici KİV-də yayılan məlumatlara görə, futbolçunun qarşılaşmadan sonra komanda ilə birlikdə Argentinaya qayıtmaqdan imtina etdiyi iddia edilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin