"Qırmızı Körpü" gömrük postunda 300 ədəd telefon aşkarlandı
Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda mobil telefonların qanunsuz keçirilməsinin qarşısı alınıb. Milli.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, gömrük nəzarəti tədbirləri zamanı ölkəyə daxil olan nəqliyyat vasitələrindən birinə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində gömrük orqanına bəyan edilməyən 300 ədəd mobil telefon aşkarlanıb. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin