Prezidentlər təkbətək görüşdü — Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki “Villa Borsig” iqamətgahına gəldi. “Qafqazinfo” xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dövlət başçısını qarşılayıb. Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb. Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib.