Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Cəlilabad rayonunda yol qəzası baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb. Həkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin