FİFA-dan Paredeslə bağlı gözlənilməz qərar

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredeslə bağlı qərar qəbul edib. Milli.Az xəbər verir ki, "BBC Sport"un jurnalisti Deyl Consonun verdiyi məlumata görə, qurum DÇ-2026-nın finalında İspaniya millisi ilə keçirilən qarşılaşmadan sonra futbolçuya göstərilən qırmızı vərəqəni qüvvədən salıb. Bildirilir ki, Leandro Paredes barəsində əlavə intizam tədbiri tətbiq edilməyəcək. Xatırladaq ki, İspaniya - Argentina finalının başa çatmasının ardından meydanda futbolçular arasında gərginlik yaşanmışdı. Hadisələr zamanı argentinalı müdafiəçi Nauel Molina ilə İspaniya millisinin kapitanı Rodri arasında qarşıdurma yaranmış, daha sonra digər futbolçular da mübahisəyə qoşulmuşdu. Məlumata əsasən, Leandro Paredes qarşıdurma zamanı əvvəlcə Erik Qarsiya ilə mübahisə edib, daha sonra isə komandasını müdafiə etməyə çalışan Qavi ilə gərgin anlar yaşayıb. Məhz bu hadisələrdən sonra o, final fitindən sonra qırmızı vərəqə ilə cəzalandırılmışdı. Lakin FIFAnın son qərarına əsasən, həmin qırmızı vərəqə ləğv olunub və futbolçuya qarşı heç bir əlavə sanksiya tətbiq edilməyəcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)