Cəlilabadda “Toyota” aşdı — Yaralılar var-Yenilənib
Cəlilabadda yol-nəqliyyatı hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb. Belə ki, “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3 qadın, 2 kişi) saat 12:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. “Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər (2 kişi, 1 qadın) ambulator müalicə üçün evə buraxılıb. 1 nəfərin (qadın) vəziyyəti orta ağır qiymətləndirilib və daha ixtisaslı xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub. Hazırda 1 nəfərin (qadın) tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib. *** Cəlilabadda aşan maşını idarə edən Şatırlı kənd sakini 1985-ci il təvəllüdlü Kəmalə Rüstəmova olub. Qəzada sürücü ilə yanaşı xəsarət alanlar onun övladları - 13 yaşlı Z. Rüstəmova,11 yaşlı İ. Rüstəmova və 7 yaşlı A. Rüstəmovdur. Surxay Şahbazov

Şərh verin