Bərdədə kanalda batan şəxsin meyiti tapıldı

Bərdə rayonu ərazisindən keçən Yuxarı Qarabağ kanalında bir neçə gün əvvəl batan şəxsin meyiti tapılıb. Milli.Az apa -ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Rəsul Binnatovun meyiti Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış-xilasetmə qrupu tərəfindən sudan çıxarılıb. Hadisə ilə bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)