Ermənistan güləşçiləri Azərbaycana gəlir

Ermənistan güləşçiləri Azərbaycana gələcək. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, güləşçilər 17 yaşadak güləşçilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək. Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı 27 iyul-2 avqustda Bakıda keçiriləcək. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)