Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sabah" "KuPS"a (Finlandiya) qalib gəlib. Milli.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" 1:0 hesablı qələbəyə seviniblər. Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub. Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 28-də Finlandiyada keçiriləcək. Cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək. 21:08 UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ikinci hissə başlayıb. Milli.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabda irəlidədirlər - 1:0. 45-ci dəqiqədə Velko Simiç fərqlənib. 20:51 UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ilk qol vurulub. Milli.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabı açıblar - 1:0. 45-ci dəqiqədə Velko Simiç fərqlənib. Bununla da Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb. 20:00 UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyunu başlayıb. Milli.Az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir. Matçın baş hakimi polşalı FIFA referisi Lukaş Kujmadır. Xatıradaq ki, cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək./"Report" Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin