"Qodzilla"nın 18 yaşlı ulduzu vəfat etdi - (Foto)

"Qodzilla Konqa qarşı" və "Qodzilla Konq: Yeni İmperiya" filmlərində canlandırdığı Jia obrazı ilə tanınan gənc aktrisa Keyli Hottl 18 yaşında dünyasını dəyişib. Milli.Az xəbər verir ki, məlumata görə, ABŞ-nin Merilend ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ciddi xəsarətlər alan aktrisa xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Acı xəbəri Keylinin atası Coşua Hottl ictimaiyyətə çatdırıb. O, qızının vəfat etdiyini Amerika İşarət Dili (ASL) ilə çəkdiyi emosional video vasitəsilə sosial şəbəkədə açıqlayıb. Keyli Hottl ilk dəfə 2021-ci ildə nümayiş olunan "Qodzilla Konqa qarşı" filmindəki Jia rolu ilə geniş tamaşaçı auditoriyasının diqqətini cəlb etmişdi. Filmdə o, Kinq Konqla işarət dili vasitəsilə ünsiyyət quran eşitmə qüsurlu qızı canlandırmış və bu performansı böyük rəğbətlə qarşılanmışdı. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)