Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiq edilib
"Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib. Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin