Zelenski ABŞ-yə səfərə hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə rəsmi səfər etməyə hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, bu haqda Ali Radanın üzvü Yaroslav Jeleznyak mənbələrə istinadən teleqramda məlumat verib. “Bu həftə Prezident və onun komandası ABŞ-yə səfər edəcək. Orada sülhlə bağlı görüş nəzərdə tutulub. Danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp ilə görüş baş tuta bilər”, - deyə deputat yazıb.